Xəbər lenti

Magistrların nəzərinə
Ölkə05:08 23.06.2014

Magistrların nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Qaynar.info-ya verilən məlumata görə, magistr adı qazananlar iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsindən qeydiyyatdan keçməlidirlər. 

Bakalavrlar qeydiyyatdan keçərkən tələb olunan sənədlər haqqında məlumatı daxil olduqları ali təhsil müəssisəsindən əldə etməlidirlər.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Qaynar.info