Xəbər lenti

Ölkə 21:14 01.12.2025

"Magnoliya Coffe shoop"un kassasından 7400 manat oğurladı

Bakının Nizami küçəsində (Torqovıy) yerləşən "Magnoliya Coffe shoop"un kassasından oğurluq edilib.

Qaynarinfo-nun məlumatına görə, 2000-ci il təvəllüdlü K.R. adlı şəxs gecə saat 4-5 radələrində "Torqovıy"da gəzərkən pəncərədən "Magnoliya Coffe shoop"a daxil olub və kassadan 7.400 manat nağd pulu, həmçinin qiyməti 300 manat olan qulaqcığı oğurlayıb. 

Obyektdə quraşdırılmış kamera görüntülərinə baxılan zaman oğurluğu şəxin kimiyi müəyyən edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-сü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 2 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->