Xəbər lenti

Mahir Emreli "Beşiktaş"da? (İDDİA)
İdman12:50 29.05.2021

Mahir Emreli "Beşiktaş"da? (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın futbolçusu Mahir Emreli haqda yeni iddia yayılıb.
Qaynarinfo xəbər verir ki, "Fotomaç" saytı "Beşiktaş"ın millimizin üzvü ilə maraqlandığını yazıb. Türkiyə Superliqasının son qalibinin baş məşqçisi Sergen Yalçının transfer siyahısında M.Emrelinin də adının olduğu vurğulayıb. Xəbərdə 23 yaşlı hücumçunun Ağdam təmsilçisi ilə müqaviləsinin iyunda başa çatacağı xatırladılıb. Bu səbəbdən transferin reallaşacağı təqdirdə, İstanbul klubunun heç bir təzminat ödəməyəcəyi bildirilib.
Qeyd edək ki, Mahir Emrelini Polşa "Legiya"sı da transfer etmək istəyir.