
Xalq yazıçısı Elçin Əfəndiyevin senarisi əsasında Azərbaycan və Türkiyənin birgə istehsalı olan “Mahmud və Məryəm ” filmi nəhayət ki, tamaşaçıların ixtiyarına verilib.
Filmin Azərbaycan tərəfdən prodüseri, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun Qaynar.info-ya verdiyi məlumata görə filimin təqdimat mərasimi martın 18-də İstanbulda baş tutacaq: “Artıq mən də daxil olmaqla filmin yaradıcı heyyəti və aktyorlar İstanbula yola düşüb. Əminəm ki, filmin təqdimat mərasimi uğurla keçiriləcək və film tamaşaçıların xoşuna gələcək”
Xatırladaq ki, “Mahmud və Məryəm” filminin bir çox epizodları Azərbaycanın tarixi məkanlarında çəkilib. Çəkilişlər əsasən Şəki rayonunun qoruq ərazisində, tarixi binalarda, Şəki Xan Sarayının həyətində, qala divarları ətrafında, Kiş Alban məbədi və əsasən Karvansarayda aparılıb.