Xəbər lenti

"Main" yaşayış kompleksində oğurluq - Naqillər oğurlandı
Ölkə17:13 18.09.2025

"Main" yaşayış kompleksində oğurluq - Naqillər oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yerləşən "Main” yaşayış kompleksində oğurluq olub. 
Qaynarinfo-nun məlumatına görə, yaşayış kompleksindəki binaların birinin 3 mənzilindən mis naqillər oğurlanıb. Həmin mənzillər təmrisiz olub. Təmir olunmuş məznillərin birindən isə qiymətli əşyalar "yox”a çıxıb. 
Mənzil sahibləri hadisə barədə polisə məlumat verib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 
Amid adlı həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Yasamal RayonMəhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesini zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. 
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 
Seyid