Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasında yeni təyinatlar olub.
Qaynarinfo.az xəbər verir ki, Direktorlar Şurasının qərarına əsasən Asim Zülfüqarov Baş icraçı direktorun müavini-Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunublar.
Xatırladaq ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər.
Qaynarinfo.az