Xəbər lenti

Maltəpədən Azərbaycana 100 il hədiyyəsi
Ölkə16:13 09.05.2018

Maltəpədən Azərbaycana 100 il hədiyyəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Maltəpə Bələdiyyə Məclisi rayonun daxilində yerləşən bir parka "Azərbaycan Xalq Cümhuriyyəti 100-üncü İl Parkı" adını verib.
Qaynarinfo xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə məclisinin müzakirəyə çıxardığı qərarın leyhinə bütün məclis üzvləri səs verib.
Qərara əsasən, Başıböyük Məhəlləsi Dinçərlər küçəsindəki park bundan sonra "Azərbaycan Xalq Cümhuriyyəti 100-üncü İl Parkı" adlanacaq. Parkın açılışı mayın 15-də Azərbaycandan Türkiyəyə yollanacaq heyətin iştirakı ilə baş tutacaq. Eyni gündə "Azərbaycan Xalq Cümhuriyyətinin 100-üncü İli və Heydər Əliyev" adlı konfrans, konsert və rəqs mərasimi keçiriləcək, Türkiyədə yaşayan 38 azərbaycanlı rəssamın əsərlərinin yer aldığı sərginin açılışı olacaq. Sərgi professor Türkan Saylan adına Mədəniyyət Mərkəzində baş tutacaq.