Xəbər lenti

"Mançester Siti" “Arsenal”ı uddu, ardıcıl 13-cü qələbəsini qazandı (VİDEO)
İdman19:00 21.02.2021

"Mançester Siti" “Arsenal”ı uddu, ardıcıl 13-cü qələbəsini qazandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasının XXV turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, "Mançester Siti” Londonun "Emireyts" stadionunda "Arsenal"ın qonağı olub. Oyun "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qola 2-ci dəqiqədə Rahim Sterlinq imza atıb.
"Mançester Siti" bununla İngiltərə Premyer Liqasında 13-cü ardıcıl qələbəsini qazanıb. "Şəhərlilər" həm də müxtəlif turnirlərdə 18-ci ardıcıl qələbəyə imza atıb.
Qeyd edək ki, Pep Qvardiolanın başçılıq etdiyi komanda 25 oyundan sonra 59 xalla turnir cədvəlinə liderlik edir. "Arsenal" isə 34 xalla 10-cu pillədə qərarlaşıb.
<iframe width="640" height="400" src="https://player.koravidstream.com/embed/QRh6WdoZPxVEV?autoplay=1&htmlplayer=1" style="border:none;" allowfullscreen="">