Xəbər lenti

Maradona beynindən əməliyyat olundu
İdman05:19 04.11.2020

Maradona beynindən əməliyyat olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfsanəvi futbolçu və "Gimnasiya və Esgrim” klubunun məşqçisi, argentinalı Dieqo Maradona beyin əməliyyatı keçirib.

Qaynarinfo "Clarin”ə istinadla xəbər verir ki, tibbi müdaxilə Olivos şəhərində edilib. Bir gün əvvəl idmançıya subdural hematoma diaqnozu qoyulub. Əməliyyat 1,5 saat çəkib.

Maradonanın şəxsi həkimi Leopoldo Luque xəstəxanaya yerləşdirilmənin təcili olmadığını söyləyib.

Hematomanın səbəbi başdan alınan zərbə olub, ancaq bunun konkret nə vaxt baş verdiyi bildirilmir.