Xəbər lenti

Maradonaya agentlikdə vəzifə verildi
İdman08:46 01.04.2016

Maradonaya agentlikdə vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ümumdünya Antidopinq Agentliyi (VADA) bu gün gözlənilməz qərar verib.

Qaynar.info xəbər verir ki, əfsanəvi argentinalı futbolçu Armando Dieqo Maradona dopinqlə mübarizədə bu qurumda məsləhətçi vəzifəsində çalışacaq.

Maraqlıdır ki, Maradona öz karyerası ərzində dopinqdə ilişən futbolçulardan olub. O, 1991-ci ildə qanında kokain izləri aşkar olunduğu üçün 15 aylıq futboldan uzaqlaşdırılıb. Maradonanın özü də etiraf edib ki, kokain qəbul edib, lakin dopinq kimi yox, depressiyaya qarşı vasitə kimi.

VADA hesab edib ki, 55 yaşlı veteran xüsusi ağır işlərdə, peşəkar idmançıların qadağan olunmuş preparatlardan istifadəsi ilə mübarizədə onlara kömək edə bilər.

Qaynar.info