
Maral Tahirqızının cinayət işini araşdıran yeni müstəntiq Elməddin Paşayev danışıb.
E.Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir: “Məsələ ilə bağlı bir neçə şəxs dindirilib”.
E.Paşayev müstəntiqin dəyişdirilməsinin səbəbini bilmədiyini deyib: “Rayon Prokurorluğu belə məsləhət bilib. İş həmin müstəntiqdən alınıb, mənə verilib. Səbəbini bilmirəm”.
E.Paşayev ondan əvvəl işi araşdıran müstəntiq Azad Əliyevin töhmət alması haqda məlumatı olmadığını deyib.
Qaynar.info