Xəbər lenti

Mario Balotelliyə Braziliyadan təklif var
Ölkə13:30 27.03.2014

Mario Balotelliyə Braziliyadan təklif var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Milan" klubunun hücumçusu Mario Balotelli Braziliyadan təklif alıb.

Qol.Az-ın "Globo Esporte"yə istinadən verdiyi məlumata görə, "Flamenqo" 23 yaşlı futbolçunu transfer etməyi planlaşdırır.

Klubun sponsorlarından biri Balotellinin transferi üçün yüksək məbləğ ödəyəcəyini bildirib. "Flamenqo" klubu yaxın günlərdə "Milan"la rəsmi danışıqlara başlayacaq. Tərəflər arasında razılıq əldə olunarsa, Balotelli yeni mövsümdən Braziliya A Seriyasında çıxış edəcək.

Qeyd edək ki, 2013-cü ildən "Milan"ın şərəfini qoruyan Balotelli keçirdiyi 35 oyunda 24 qola imza atıb.

Qaynar.info