Xəbər lenti

Marixuana istehsal edəcəklər
Ölkə20:40 24.02.2016

Marixuana istehsal edəcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstraliya Senatı (parlamentin yuxarı palatası) çətənənin tibbi məqsədlərlə istehsalının leqallaşdırılmasına dair qanun layihəsini qəbul edib.

Qaynar.info bildirir ki, bu barədə Trend TASS-a istinadən xəbər verir.

Avstraliyanın regional inkişaf və səhiyyə naziri Fiona Neş parlamentin bu qərarını alqışlayıb. O hesab edir ki, belə bir qərar ehtiyacı olan xəstələrin tibbi kannabislə (marixuanadan) müalicə üsullarının leqallaşdırılmasına aparan yoldur.

F.Neş bildirib ki, Səhiyyə Nazirliyinin planlarında ölkənin marixuanaya dair normativ bazasının yenidən baxılması var. Ölkə qanunvericiliyinə görə, marixuana hələ ki qadağa olunmuş narkotik hesab olunur.

Qaynar.info