Xəbər lenti

Mariya Şarapovadan möhtəşəm geri dönüş
İdman13:17 27.04.2017

Mariya Şarapovadan möhtəşəm geri dönüş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Diskvalifikasiya müddəti başa çatan Mariya Şarapova kortlara geri dönüb. 
"Qaynar" fanat.az-a istinadən xəbər verir ki, rusiyalı tennisçi "Stuttgart Open"də iştirak edir.
Onun cəzalandıqdan sonra ilk rəsmi matçdakı rəqibi italyan Robert Vinçi olub və qalib gəlib. Matç 7:5, 6:3 hesabla başa çatıb və tennisçilərin mübarizəsi 1 saat 43 dəqiqə davam edib. 
WTA reytinqində 36-cı olan 34 yaşlı Vinçi rusiyalı tennisçiyə bu turnirə qatılmaq üçün "wild card" (xüsusi dəvətnamə) verilməsi, habelə Romadakı turniri sərt tənqid etmişdi. 15 aylıq diskvalifikasiyadan sonra karyerasını bərpa edən 30 yaşlı Şarapovaya "wild card" verilməsini polyak tenniçsi Aqneşka Radvanska və britaniyalı Endi Mürrey də tənqid ediblər.
Mariya Şarapova oyundan sonra qələbəsini şərh edib: "Bu möhtəşəm hissdi. Özümü balaca qız uşağı kimi hiss edirəm. Mən bunu çox gözləyirdim". 
Qeyd edək ki, Şarapovanın qanında qadağan olunmuş "meldonium" preparatı tapılmış və ötən ilin iyununda Beynəlxalq Tennis Federasiyası tərəfindən 2 il diskvalifikasiya edilmişdi. Lakin ötən ilin oktyabrında İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı tennisçinin cəza müddətini azaltmışdı.
Fanat.Az