Xəbər lenti

Marketdən 2 qutu saqqız oğurladı, 25 gün həbs olundu
Ölkə 18:02 19.05.2023

Marketdən 2 qutu saqqız oğurladı, 25 gün həbs olundu

Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən super marketdən oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, oğurluğu 1986-cı il tarixdə Neftçala rayonunun 1-ci Mayak kəndində anadan olmuş Elburus (şərti) tərəfindən törədildiyi aşkarlanıb. O, tulularaq barəsində protokol tərtib edilib və iş məhkəmə göndərilib. 

Elbrus süd almaq üçün Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən marketə gedib. Marketdə piştaxtanın üzərində olan 2 qutu "Orbit” saqqızını götürüb, əynində olan gödəkçəsinin üst tərəfdəki ciblərinə qoyub. Tutulduqdan sonra saqqızları qaytarıb. O deyib ki, himayəsində 4 yaşlı lal-kar qızı vardır, qızının ona ehtiyacı vardır. Əməlindən peşmandır.

Məhkəmənin qərarı ilə Elburus İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Əhməd
--> -->