Gürcüstanın Marneuli rayonunda havada hərəkət edən naməlum obyekt görüntülənib.
Gürcüstan mediasının məlumatına görə, hadisəni vətəndaşlar telefonla lentə alıblar.
Naməlum obyekt təxminən beş dəqiqə müddətində yerdən 800-900 metr hündürlükdə hərəkət edib və gözlə aydın müşahidə edilib. Bəzi sakinlər tərəfindən telefonla qeydə alınan cisim bir müddət səmada dayandıqdan sonra anidən gözdən itib.
Sözügedən görüntüləri sizə təqdim edirik://Modern.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/geGBf9QMmh4" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">