Baronessa Marqaret Tetçer Böyük Britaniyanın sayca 71-ci baş naziri olub.
1925-ci il oktyabrın 13-də Linkolnşir qraflığının Qrentem şəhərində dünyaya gələn Marqaret Tetçer Britaniya tarixində hökumətə rəhbərlik etmiş yeganə, Avropa tarixində isə ilk qadın baş nazir olub. “Dəmir ledi” ləqəbi ilə tanınan Marqaret Tetçer ixtisasca kimyaçı olub. Daha sonra hüquq təhsili alıb və 1959-cu ildə Britaniya parlamentinin üzvü seçilib. 45 yaşında Edvard Xit hökumətində təhsil və elm naziri postunu tutan Tetçer 1975-ci ildə Mühafizəkarlar Partiyasının rəhbəri postuna seçkilərdə qalib gəlib və parlament müxalifətinin başına keçib. Onun rəhbərliyi altında Mühafizəkarlar Partiyası 1979-cu il parlament seçkilərində qalib gəlib və Marqaret Tetçer baş nazir olub. Üç dəfə hökumətə rəhbərlik etmiş “dəmir ledi” 1990-cı ildə partiyadaxili rəqabətin qızışması səbəbilə postundan istefa verməli olub. Marqaret Tetçer həm də Lordlar Palatasının daimi üzvü olub.
Marqaret Tetçer 1992-ci ilin sentyabrında Bakıda səfərdə olub, o Azərbaycan hökuməti ilə “BP” və “Statoil” şirkətləri arasında “Çıraq” və “Şahdəniz” yataqlarında kəşfiyyat işlərinin aparılmasına dair sazişin imzalanmasında iştirak edib.
87 yaşında vəfat edən xəbərinə görə, M. Tetçer ürək xəstəliyindən əziyyət çəkirdi.
Qaynar.info
Şərhlər