Xəbər lenti

Marşrut sürücülərinin maaşında DƏYİŞİKLİK
Ölkə14:36 17.01.2014

Marşrut sürücülərinin maaşında DƏYİŞİKLİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının ictimai nəqliyyatında kart sisteminin tətbiqi prosesi başa çatdıqdan sonra gediş haqqının ödənişi tam nağdsız formaya keçiriləcək.

Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, yeni sistemin tətbiqi prosesi başa çatanadək Bakıda avtobuslarda ödəniş nağd pulla və nəqliyyat kartları ilə həyata keçiriləcək: "Kart ödəniş sisteminin tətbiqi avtobus sürücülərinə gündəlik planın müəyyənləşdirilməsi əvəzinə, fiksasiya olunmuş əməkhaqqı verməyə imkan yaradacaq".

Qaynar.info