Xəbər lenti

Marşurutlar dayandı, ticarət mərkəzləri bağlandı - Bakıda həyat iflic oldu
Ölkə08:00 01.02.2017

Marşurutlar dayandı, ticarət mərkəzləri bağlandı - Bakıda həyat iflic oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıya yağan qar yollarda hərəkəti iflic edib. Yolların təmizlənməməsi nəinki avtomobillərin, hətta marşurut avtobuslarının da fəaliyyətini dayandırıb. 

Qaynarinfo.Az xəbər verir ki, Xırdalan və Lökbatan dairəsi xətti üzrə işləyən 596 nömrəli avtobus fəaliyyətini dayandırıb. Sürücülər səbəb kimi, Xocahəsən yolunun tamamilə qarla örtülməsini və təmizlənməməsini göstərib. 

Bu istiqamətdə gedən Sumqayıt və şəhər marşurutlarının da gedişində çətinlik yaranması Sədərək və Binə ticarət mərkəzlərinin fəaliyyətində problem yaradıb. Ticarət mərkəzləri demək olar ki, işləmir.

Qaynarinfo.Az