Xəbər lenti

Maşallah Əhmədov DTX-yə çağırılıb?
Ölkə09:36 13.06.2020

Maşallah Əhmədov DTX-yə çağırılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hələ Dövlət Təhlükəsizliyi Xidmətinə getməmişəm. Ərizəmi vermişəm. Gözləyirəm ki, çağırsınlar”.
Bunu Oxu.az-a veteran futbolçu Maşallah Əhmədov deyib.
Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həmin şəhərdə gördüyü abadlıq işlərinə görə M.Əhmədova 400 min manat borcu qalıb.
M.Əhmədov ötən ay verdiyi açıqlamasında həbs olunmuş sabiq məmurla bağlı DTX-də ifadə verəcəyini bildirmişdi. Amma o, hələlik sözügedən quruma getməyib. Veteran futbolçu bunu belə əsaslandırıb:
"Mən işlə bağlı sənədlərin orijinal nüsxələrini axtarırdım deyə, çağırılmağım yubandı. Artıq bütün sənədləri toplamışam. Ərizəmi də yazmışam. Müqayis Verdiyevdən sonra məni çağırmalıdırlar. Məndən sonra da Vilyam Hacıyevin abadlıq işləri zamanı borclu olduğu digər sahibkarlar DTX-yə dəvət olunacaq”.