Şıxlar kəndinin sakinləri onları qəbul etməyən icra başçısı Rafil Hüseynova etiraz olaraq Bakı-Astara şossesini bağlayıblar
Bu barədə axar.az-a Masallıdakı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, əhalinin etiraz aksiyası keçirməsinə səbəb icra başçısı Rafil Hüseynovun artıq bir neçə dəfədir onları qəbul etməməsidir.
İddiaya görə Masallıda əhalinin bu narazılığına səbəb Aşıq Telli Borçalının 20 Yanvar hüzün günündə Masallıda toyda iştirak etməsini bildirməsidir:
- Hazırda Masallı Rayon İcra Hakimiyyətinin binasında yetkililərlə görüşürəm. Bura Masallı camaatı yığışıb və 20 Yanvar günündə toy edilməsi xəbərini özlərinə təhqir hesab etdiklərini, bunun aydınlaşmasını tələb edirlər.
Bura yığışan əhali də, İcra Hakimiyyətinin və polisin nümayəndələri də belə bir toy mərasiminin olmadığını bildirirlər. Aşıq Telli Borçalının toy xəbəri yalandır, yəqin ki, biz masallılar bunun sonuna çıxacağıq.
Qaynar.info




