Xəbər lenti

Masallı sakini dövlət qurumun qarşısında özünü yandırmaq istədi - FOTO
Ölkə14:16 10.02.2014

Masallı sakini dövlət qurumun qarşısında özünü yandırmaq istədi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı rayonu Bədəlan kənd sakini Nağıyev Nemət İbrahim oğlu kənd ərazi icra nümayəndəliyinin həyətindəki yarımçıq tikilinin önündə özünü yandırmaq istəyib.

Qaynar.info xəbər verir ki, N.Nağıyevin tələbi yarımçıq binanın ona məxsus olmasını iddia etməsidir. Deyilənlərə görə, yarımçıq tikili dövlət obyekti olan ərazidə yerləşsə də, onun tikintisi N. Nağıyevin yaxın keçmişdə Bədəlan ərazi icra nümüyəndəsi işləyən Əlimərdan adlı qardaşının zamanında tikildiyindən qardaşının adına sənədləşdirilib. Amma tikilinin dövlətə aidiyyəti olduğunu deyənlər də vardır.

N.Nağıyev ötən il 71 saylı DSK sədrliyindən xaric edilmiş Hacırza Nağıyevin və Ərazi icra Nümayəndəsi vəzifəsindən uzaqlaşdırılmış Əlimərdan Nağıyevin qardaşıdır. Olaya polis müdaxilə edib və qardaşlar hal-hazırda Masallı R. polis şöbəsindədirlər.


Qaynar.info