Xəbər lenti

Masallıda 100-dən çox ev su altında qaldı
Ölkə06:42 27.10.2016

Masallıda 100-dən çox ev su altında qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı rayonunda yüzdən çox ev su altında qalıb.

Bu barədə Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı deyib.

İcra rəsmisinin sözlərinə görə, hazırda dəyən ziyanın aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır: 

"Cəlilabad rayonunda yerləşən su anbarı həddindən çox yüklənmişdi. Nəticədə su anbarı daşıb və su Masallı rayonundakı kəndləri basıb. 50-dən çox insan təxliyə olunub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb".(azvision.az)

Qaynarinfo.Az