Xəbər lenti

Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi
Ölkə18:55 29.08.2020

Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb”.
Qaynarinfo Reporta istinadən xəər verir ki, bu barədə Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Lənkəran Regional qrupu məlumat verib.
Verilən məlumata görə,  həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib.
"Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq” deyə məlumatda qeyd olunub.