Xəbər lenti

Masallıda bir ailənin 3 üzvü göldə boğularaq öldü
Ölkə16:51 10.07.2018

Masallıda bir ailənin 3 üzvü göldə boğularaq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.
Onlar 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmkir oğlu Zamanovdur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib. 
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.