
Rafil Hüseynov rayon maliyyə idarəsinin müdiri Azər Zeynalovun əli ilə hər ay külli miqdarda dövlət vəsaiti mənimsəyir
İcra başçısı tenderə buraxdırdığı şirkətlərdən külli miqdarda fazi alır.
Masallı rayonundan pia.az-a daxil olan məlumatda bildirilir ki, icra başçısı Rafil Hüseynovun rayon kəndlərarası yolların təmiri və şəhərin abadlaşdırılması, yaşıllaşdırılması, yolların tikintisi adı altında dövlətin milyonlarla vəsaitini mənimsəməklə məşğuldur.
Məlumatı verən mənbəmiz bildirir ki, Rafil Hüseynov icra başçısı təyinatı aldıqdan sonra rayonun sosisal iqtisadi inkşafı üçün dövlət büdcəsində milyonlarla manat vəsait ayrılıb. Ancaq milyonlarla manat vəsaitin xərclənməsi məsələsində icra başçısı ciddi şəkildə yeyintiyə yol verərək dövlət büdcəsini aşıq aşkar talayir. Belə ki, son 11 ayda rayonunun Həsənli,Xırmandalı, Kürdəbaz, Qarğalıq, Masaküçə, Lürən, Seyətin, Səmidxan, Alışanlı, Sərəçukar, Sirbəli, Qəriblər, Qodman kəndlərarası yolların təmir olunmasına və həmin yolların təmirinə 5 milyondan cox vəsait xərclənib. Adı çəkilən kəndlərarası yolların təmirini “Elnur-2”UİKŞ şirkəti və “Bayram-M” şirkəti həyata keçirib.
Məlumata əsasən adı çəkilən yolların təmirində ciddi şəkildə mənimsəmələrə yol verilib. Məsələn asfalt örtüyünün qalınlığı sənədlərdə göstərildiyindən nazik olub, eyni zamanda daşınma ,mal avadanlıqların və texniki işlərin xərcləri şişirdilib. Hal hazırda həmin yolların bir hissəsində artıq çalalar yaranmış və icra başçısının göstərişi ilə 43 saylı Masallı Yol istismar İdarəsi yolun çalalarını yamayaraq məsələnin səs küy yaratmamasına çalışırlar.
Mənbə bildirir ki, icra başçısı Rafil Hüseynov kənd yollarının çəkilişində iştirak edən “Elnur-2” UİKŞ və “Bayram-M” şirkətindən öz faizini artıqlaması ilə alıb. Çünki həmin şirkətlərin tenderi qazanamsının səbəkarı icra başçısıdır.
Bundan başqa icra başçısının Masallı şəhərinin yaşılaşdırılması, abadlaşdırılması, işıqlandırılması, binaların dam örtüyüklərinin dəyişdirilməsinə və fasadların təmiri üçün ayrılan 1 milyon manat vəsaitin xərclənməsindədə mənimsəmələrə yol verdiyi bildirilir. Mənbə bildirir ki, yaşayış binalarının dam örtüklərinə vurulan örtüyün topdan satış qiyməti qara bazarda 5 manatdan yuxarı olmadığı halda, Rafil Hüseynov keyfiyyətsiz örtükləri sənədlərdə 8 mantdan qiymətləndirib. Qeyd edək ki, rayondakı 1 milyon manatlıq abadlıq təmir işini icra başçısıa yaxınlığı ilə tanınan “Masallı Tikinti” MMC həyata keçirib. Şirkətin abadlaşdırma, yaşıllaşdırma və işıqlandırma əməliyyatında təqribən 300 min manatdan çox vəsaiti mənimsədiyi iddia edilir.
Məlumatlı şəxs onuda qeyd edir ki, icra başçısı rayonun daxili büdcəsindən təmir tikinti işləri üçün ayrılan milyonlarla vəsaitin iş adamı Hacı Mazanın şirkətlərinə verir. Kənd yollarının təmirində iştirak edən “Bayram-M” şirkəti adı çəkilən iş adamına məxsusdur.
Həmçinin məlumatda o da qeyd olunur ki, Rafil Hüseynov rayon maliyyə idarəsinin müdiri Azər Zeynalovun əli ilə hər ay külli miqdarda vəsaiti mənimsəyir. Belə ki, icra başçısının göstərişinə əsasən maliyyə idarəsinin rəhbəri büdcə təşkilatlarına ayrılan aylıq vəsaitləri bir neçə dəfə şişirdir. Hər bir dövlət müəsissəsində onlarla «ölü can» saxlanılır. Həmin «ölü can»ların maaşları isə idarə və müəsissə rəhbərləri tərəfindən Azər Zeynalova çatdırılır. Azər Zeynalov isə öz növbəsində həmin vəsaiti Rafil Hüseynova verir. Bundan başqa idarə və müəsissələrin xərcləri, əsasən ərzaq, yanacaq və bir çox başqa ləvazimatların qiymətləri süni şəkildə şişirdilir. Bu yolla dövlət büdcəsindən ay ərzində 100 min manatlarla vəsait çıxarılır və icra başçısı ilə maliyyə müdiri tərəfindən mənimsənilir.
Məlumatlı şəxs onu da bildirir ki, keçmiş icra başçısının dövründə idarə rəhbərləri hər il başçısının hesabını verərək «qəzəbdən» qurtulurdular. Amma Rafil Hüseynov təyinat aldıqdan sonra artıq aylıq rüşvət məsələsi maliyyə idarəsinin rəhbəri Azər Zeynalovun əli ilə həll olunur. Çox asan, qorxusuz və ağıllı düşünülmüş bir maliyə maxinasiyası həyata keçirilir. Belə ki, istər tender əməliyyatlarında, istərsə də cari işlərdə başçının faizi əvvəlcədən ayrılır və Azər Zeynalov tərəfindən nəqdləşdirilir. Bu yolla başçı baş vernə maliyyə maxinasiyalarında heç bir məsuliyyət daşımır. Sənədləşmədə isə bu bütün məsuliiyət birbaşa idarə, müəsisə rəhbərinin üzərində qalır.
Xatırladaq ki, bu ilin avqust ayında Masallı rayon Maliyyə İdarəsinin müdiri Azər Zeynalovu küçədən keçən motosklet tərəfindən vurulmuşdu. Ağır vəziyyətdə xəstəxanaya qaldırlan məmur uzun müddət xəstəxanada müalicə olundu.
Mənbə bildirir ki, xəstəxanada yatdığı vaxtlarda butun bu maliyyə maxinasiyalarını Azər Zeynalovun müavini həyata keçirib və hər ay Azər Zeynalova hesabat verib.
Məlumatda o da qeyd olunur ki, Masallı rayon maliiyə idarəsinin müdiri Azər Zeynalov, rayon Təhsil şöbəsinin rəhbəri Astan İbişovla bacanaqdır və hər iki bacanaq icra başçısı Rafil Hüseynovun etimadını qazanaraq dövlət büdcəsini çapıb talayırlar. Bu barədə araşdırmalarımız davam edir və növbəti saylarımızda bacanaqların maliyyə maxinasiyaları ilə bağlı daha ilginc ilginc məlumat verəcəyik./pia.az/