Xəbər lenti

Masallıda faciə: 3 uşaq öldü
Ölkə15:50 02.07.2014

Masallıda faciə: 3 uşaq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.
 
Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil veriliblər.
 
Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Qaynar.info