Xəbər lenti

Masallıda qeyri-adi bulvar salınır - FOTOLAR
Ölkə15:44 16.06.2015

Masallıda qeyri-adi bulvar salınır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallı rayonunda böyük bir layihənin icrasına start verilib. Virtualaz.org saytı xəbər verir ki, Masallıda Viləş çayının sahilində qeyri-adi park-bulvar salınır. Hazırda bəndvurma işləri həyata keçirilir.
Park ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 km uzunluğunda olacaq. Sonrakı mərhələdə parkın uzunluğu 5 kilometrə qədər uzadılacaq.
Park-bulavrda bir sıra obyektlər inşa ediləcək. Burada uşaq əyləncə mərkəzi, mini futbol və voleybol meydançaları salınacaq. Parkın bir hissəsində qədim Masallını özündə əks etdirən guşə də olacaq.
Park-bulvarın üzərində piyadaların keçidi üçün 3 körpü də inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. İnsanlar park ərazisində qayıqla gəzintiyə də çıxa biləcəklər. Masallının simasını dəyişəcək park-bulvarın 2016-cı ilin sonunda istifadəyə veriləcəyi bildirilir.
Qaynar.info