Xəbər lenti

Masallıda silahlı insident - Kriminal avtoritetin qardaşı öldürüldü
Ölkə15:42 21.12.2016

Masallıda silahlı insident - Kriminal avtoritetin qardaşı öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Boladi kənd sakini olan Fariz adlı şəxs naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.

Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. (APA)

 

Qaynarinfo.Az