Xəbər lenti

Masallıdakı faciəli uşaq ölümünün təfərrüatı - VİDEO
Ölkə07:34 14.07.2014

Masallıdakı faciəli uşaq ölümünün təfərrüatı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyul ayının 11-də saat 18 radələrində Masallı rayonunun Kubin kəndinin yaxınlığında yerləşən “Qamo” istirahət mərkəzində baş verən ölüm hadisəsi ilə bağlı məlumat vermişdik.

Bu gün rayondan Qaynar.info-ya hadisənin təfərrüatları barədə yeni məlumat daxil olub. 

Məlumatda bildirilir ki, Masallı rayonun Qarğalıq kənd sakini 10 yaşlı Novruzov Rauf İlkin oğlu vanna otağında (kiçik hovuzda) çabalaya-çabalaya boğularaq ölüb. Yanında olan anası qışqıraraq istirahət mərkəzinin nəzrarətçisindən kömək istəyib, lakin bunun heç bir köməyi olmayıb: 

"Dərhal təcili yardım maşını çağırılmış, hadisə yerinə polislər gəlib. Dərhal obyekt bağlanmış, hadisə yeri polislər tərəfindən nəzarətə götürülüb. Uşaq can verə-verə təcili yardım maşını ilə qonşu Miyankü kəndinə (“Qamo” istirahət mərkəzindən ora 3 km-dir) Firudin Qənbərovun evinə aparılıb. 

Onu da bildirək ki, Firudin Qənbərov Masallı reqional təcili yardım xəstəxanasının baş həkimidir. Lakin Cəlil Nəzərov uşağın öldüyünü görüb meyiti öz evinə aparıb. Cəlil Nəzərov Masallı rayon mərkəzi xəstəxanasının baş həkimidir. Həmin “Qamo” istirahət mərkəzi də ona məxsusdur. 

“Qamo” istirahət mərkəzi 4 ildir ki, fəalyyət göstərir. Burada vanna otaqları dağdan gələn təbii mineral su ilə qızıdrılaraq doldurulur. Həmin vanna otaqları ölçüsünə və dərinliyinə görə fərqlənir. Dəfələrlə orada çimənlər arasında müxtəlif zəhərlənmə və dəri qaşınma halları baş vermiş, lakin bu faktlar rəhbərlik tərəfindən gizlədilmişdir. Belə ki, bu vanna otaqları mütəmadi olaraq təmizlənməli, müxtəlif kimyəvi pereparatlarla dizenfiksiya olunmalıdır. Ehtimal var  ki, bu pereparatlardan düzgün istifadə olunmadığı üçün bu ölüm faktı zəhərlənmədən baş verib. 

Masallı rayonun Qarğalıq kəndindən olan uşağın ölümü “qarpızdan zəhərlənmə” kimi qələmə verilir. Polis və prokurorluq orqanları bu faktı gizlədir. Bu da Cəlil Nəzərovun baş həkim vəzifəsində öz səlahiyyətlərindən istifadə etməsi ilə bağlıdır. 

Cəlil Nəzərov 2003-cü ildə baş həkim vəzifəsində çalışır. İndiyə kimi rayonun 4 icra başçısı dəyişdirilmiş, lakin Cəlil Nəzərov əslən Masallı rayonunun Miyankü kəndindən olan milyarder “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun dəfələrlə tapşırıq və xahişləri sayəsində indiyə kimi bu vəzfəni icra edir. Bu fakt ictimaiyyətdən gizlədilir, istirahət mərkəzində çalışanlara dönə-dönə tapşırıb ki, heç kim bilməsin".  

Xatırladaq ki, Masallı rayonun Qarğalıq kənd sakini 10 yaşlı Novruzov Rauf İlkin oğlu yetimdir, atası dünyasını dəyişib. 

Allah rəhmət eləsin.

Qaynar.info