Xəbər lenti

Masazırda bahalı avtomobil "əməliyyatı" - Bir gecədə "Camaro SSX" və "Range Rover"...
Ölkə08:51 21.02.2017

Masazırda bahalı avtomobil "əməliyyatı" - Bir gecədə "Camaro SSX" və "Range Rover"...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 20-si gecə saatlarında Masazır qəsəbəsində "Neftçi" və Azərbaycan millisinin futbolçusu Rəhman Hacıyevin yaşadığı binanın qarşısındaca avtomobilindən oğurluq edilib.

Qaynarinfo.Az milli.az-a istinadla xəbər verir ki, yarımmüdafiəçinin "Chevrolet Camaro SSX" idman avtomobilinin şüşəsini sındıran oğrular əllərinə bir şey keçmədiklərini görüncə, futbolçunun idman dəstini götürərək hadisə yerindən uzaqlaşıblar. 

Elə eyni ünvanda həmin gecə ikinci avtomobildə oğurluq hadisəsi baş verib. "Range Rover"dən də eyni qaydada oğurluğa cəhd edən şəxslərin məhz Rəhman Hacıyevin avtomobilinə daxil olan cinayətkarlar olduğu ehtimal edilir.

Qaynarinfo.Az