Xəbər lenti

Masazırda qarşıdurma
Ölkə10:55 11.03.2015

Masazırda qarşıdurma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

100-dən çox ağac kəsən şəxlə sakinlər arasında insident baş verib 

Abşeron rayonunda ağacları kütləvi şəkildə qırırlar. Bu barədə Anspress-in "Qaynar xətti"nə məlumat verilib. Verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

"Bu gün səhər saatlarından başlayaraq, Masazır qəsəbəsində, Heydər Əliyev küçəsində şam ağaclarını kütləvi şəkildə qırıblar. 100-dən çox şam ağacı kəsilib. Onlara mane olmağa çalışdıq, amma bacarmadıq", - deyə şikayətçi bildirib.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Anspress-ə verdiyi məlumata görə, həmin ünvana nazirliyin əməkdaşları göndərilib.

"Ağac kəsimilə bağlı verilən informasiyanı dəqiqləşdirmək üçün qeyd edilən ünvana əməkdaş göndərdik. Məsələni araşdırıb, nəticəsini bildirəcəyik", - deyə İradə İbrahimova bildirib.

Qaynar.info