Xəbər lenti

Maşın 5 yaşlı uşağı vurub öldürdü - Oğuzda
19:45 01.03.2015

Maşın 5 yaşlı uşağı vurub öldürdü - Oğuzda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oğuzda 5 yaşlı uşağı maşın vurub öldürüb. 
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsindən verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 122-ci kilometrliyində, Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü,  Oğuz rayonunun Kərimli kənd sakini Abdulla Rəşidinoviç Ziyayev idarə etdiyi “Saipa Sara” markalı 48 BC 530 dövlət nömrə nişanlı minik avtomobili ilə  Şəkidən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən qəfildən magistral yolun hərəkət zolağına çıxan, 2010-cu il təvəllüdlü, rayonun Bucaq kənd sakini  Ləman Əfqan qızını Rəşidlini vurub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan 5 yaşlı Ləman Rəşidli hadisə yerində ölüb.
Məlumata görə, L. Rəşidli mikroavtobusdan düşərkən anasının əlini buraxaraq yolun hərəkət zolağına qaçıb. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.//APA
Qaynar.info

Oxşar xəbərlər