Xəbər lenti

Maşın ağaca çırpıldı: 1 ölü, 2 yaralı
Ölkə13:49 21.08.2013

Maşın ağaca çırpıldı: 1 ölü, 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəki-Oğuz yolunda ağır yol qəzası baş verib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, 10 UC 208 dövlət qeydiyyat nişanli BMW markalı avtomobil Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə bir nəfər ölüb, iki nəfər - Xəlilov İbrahimxəlil Əhməd Oğlu və Çələbiyev Təbriz Mənsur Oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hələlik dünyasını dəyişənin şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisəyə ilkin olaraq yüksək sürətin səbəb olduğu ehtimal olunur. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Qaynar.info