
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncənin Şahsevənlər küçəsində baş verən qəza zamanı 33 yaşlı şəhər sakini hadisə yerində dünyasını dəyişib. Cəlal Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarında olan ağaca çırpılıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (kepeztv.az)
Qaynarinfo.az