Xəbər lenti

Maşın ağaca çırpıldı, yaralılar var - FOTO
Ölkə06:00 14.05.2016

Maşın ağaca çırpıldı, yaralılar var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Astara rayonunun Siyakü kəndində "Lada Priora" markalı avtomobil qəzaya uğrayıb.

Qaynarinfo.az report-a istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 1990-cı il təvəllüdlü Siyakü kənd sakini Muradov Akif Hikmət oğlu və 1986-cı il təvəllüdlü Vaqo kənd sakini Muradov Orxan Akif oğlunun vəziyyəti daha ağır qiymətləndirilir.

1992-ci il təvəllüdlü Səmədullazadə Məhəmməd Murad oğlunun vəziyyəti orta ağırdır. Ona daxili orqanlarının əzilməsi diaqnozu qoyularaq ambulator yardım göstərilib. İlkin məlumata görə, nəqliyyat vasitəsi ağaca çırpılıb.

Qaynarinfo.az