Xəbər lenti

Maşın aşdı: iki nəfər öldü
Ölkə06:05 24.06.2013

Maşın aşdı: iki nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Qazax magistral yolunun 345-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dünən günorta saatlarında, 1964-cü il təvəllüdlü Raqif Məmmədovun idarə etdiyi “Hyunday” markalı avtomobilin aşması nəticəsində maşında olan iki sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Qaynar.info