Xəbər lenti

Maşın bazarı Ağdama köçürüləcək? - Rəsmi reaksiya
Ölkə 12:57 25.11.2025

Maşın bazarı Ağdama köçürüləcək? - Rəsmi reaksiya

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verilib. 

"Qafqazinfo” bazar üçün Ağdamın hansı hissəsində yer ayrılması, prosesin nə vaxt başlayacağı ilə bağlı sualları aidiyyəti qurumlara ünvanlayıb.

Ağdam Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb. 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də müraciətimizə cavab kimi məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb: "Bu, feyk xəbərdir. Maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumat yoxdur”. 

Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqda məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq, region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->