Saytların birində maşın bəyəndi beh verdi, amma maşını ala bilmədi. Şahin Şabanov deyir ki, heç bir müqavilə bağlamadan bəyəndiyi maşını almaq üçün sahibinə beh verib. Amma beh versə də maşını almaq ona qismət olmayıb.
Mütəxəsislər isə bildirir ki belə hallarla üzləşməmək üçün istənilən sövdələşmədə ödəniş olarsa bunun müqavilə ilə tənzimlənməsi və notarial qaydada təsdiqlənməsi ən yaxşı yoldur.
Qaynarinfo.az xezerxeber.com-a istinadən xəbər verir ki, əgər müqavilə bağlanarsa bu zaman qarşı tərəf aldığı behi qaytarmadığına görə ona cinayət işi başladıla bilər. Amma yox sövdələşmə şifahi şəkildə olubsa, bu zaman zərərçəkən faktı sübuta yetirməlidir. Əgər qarşı tərəfin günahı sübuta yetirilərsə ona bu dələduzluq kimi qiymətləndirilə bilər.
Bu zaman əgər onun beh kimi verilməsi təsdiq olunarsa zərərçəkənə veriləcək pul alınan behin 2 misli olur. Yox əgər avans kimi təsdiqlənirə onda həmin məbləğin özü qaytarılır.