
Neftçalada baş verən yol qəzasında 2 piyada ölüb.
Neftçalada iki piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Neftçala rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 19-da saat 19.00 radələrində Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində qəsəbə sakini Asif Seyfullayev idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Mirqurbanlı qəsəbə sakinləri Zakir Məhərrəmovu və Musa Qasımovu vurub. Nəticədə Z. Məhərrəmov və M. Qasımov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info