Xəbər lenti

Maşın iki qadını vurub öldürdü
Ölkə08:13 14.08.2013

Maşın iki qadını vurub öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda iki piyadanın ölümü nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Neftçala rayonu Xıllı qəsəbəsində Aşağı Qaramanlı kənd sakini Mirislam Əliyev “VAZ 2107” markalı avtomobili idarə edərkən yolu keçən Neftçala rayon sakini, 57 yaşlı Zərifə Nağıyevanı və Xıllı qəsəbə sakini 54 yaşlı Əzizə Əhmədovanı vurub. 

Hər iki qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info