Xəbər lenti

Maşın yolun ortasında uzanmış şəxsin üstündən keçdi - Azərbaycanda dəhşət
Ölkə10:02 08.03.2016

Maşın yolun ortasında uzanmış şəxsin üstündən keçdi - Azərbaycanda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvanda dəhşətli hadisə baş verib. 
Qaynar.info DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 6-da saat 20 radələrində Şərur rayonunun Yuxarı Daşarx kəndində rayon sakini Mahir Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kənd sakini Elməddin Cəlalovun üstündən keçib.
Xəstəxanaya yerləşdirilmiş E.Cəlalov martın 7-də orada ölüb. E.Cəlalovun hansı səbəbdən yolun ortasında uzanması məlum deyil. O, 4 uşaq atası olub.
Araşdırma aparılır.
Qaynar.info