Xəbər lenti

Maşını yolun ortasında qoyub restorana getdi - Bakıda
Ölkə06:18 16.03.2017

Maşını yolun ortasında qoyub restorana getdi - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sürücülərin özbaşnalığı davam edir. "Qaynar" xəbər verir ki, oxuculardan biri avtosfer.az-a maraqlı məlumat göndərib. 
Belə ki, Orxan adlı oxucu bildirir ki, iki gün əvvəl "Hyundai" markalı, 10-UZ-721 dövlət nömrə nişanlı avtomobil axşam saat 8-9 radələrində Səməd Vurğun küçəsi Həsən Əliyev küçəsinin kəsişməsində bu vəziyyətdə atılıb:
"Bu maşını yiyəsi yolun ortasında atımışdı. Yiyəsini oralarda axtardıqdan sonra məlum oldu ki, "Yeni Dad"da yemək yeyir. Ofisianta deməyimzə baxmayaraq maşını yolun ortasından götürən olmadı. 
Bildirmək istəyirəm ki, Səməd Vurğun küçəsi ilə hərəkət edən maşınlara çox böyük narahatlıq yaradırdı və həmin maşınlar siqnal verərək maşını yolun ortasında atıb yemək yeməyə gedən sürücünü xoş sözlərlə xatırlayırdılar".
Qaynar.Az