Xəbər lenti

Maşınlarda pərdələrə icazə verilməyəcək
Ölkə05:30 22.10.2013

Maşınlarda pərdələrə icazə verilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına verilmiş icazə bitmək üzrədir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarına əsasən, iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, noyabrın 15-də avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə verilmiş icazə başa çatır. Artıq maşınlarda arxa qapıdakı pərdələrin istifadəsinə icazə verilməyəc.


Qaynar.info