Xəbər lenti

Maşınları içkili vəziyyətdə park etdirən "parkovşik” tutuldu
Ölkə08:06 17.05.2023

Maşınları içkili vəziyyətdə park etdirən "parkovşik” tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Mado”nun qarşısında içkili vəziyətdə avtomobilləri park etdirən şəxs həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 1990-cı il tarixdə Ağstafa şəhərində anadan olan Zamir (şərti) Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində yerləşə. "Mado” restoranının qarşısında maşınların saxlanması üçün qadağan olunmuş ərazidə içkili vəziyyətdə avtomobilləri park etdiyini üçün saxlanılıb. 
Onun barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilib. 
Zamir protokolda göstərilənlərlə razı olmadığını və polisə qarşı hər hansı nalayiq ifadə işlətmədiyini bildirib. O, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. 
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Zamirlə bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 6 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Əhməd