
Tanınmış ictimai xadim, el ağasaqqalı Sultan Məmmədov yazdığı "Massonluq: dünyanı idarə edən qüvvə" adlı kitabına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Komitəsinin "Qızıl qələm" mükafatına layiq görülüb.
Qaynar.info-nun məlumatına görə, bu, mövzusuna görə Azərbaycan oxucusuna təqdim edilən ilk irihəcmli kitabdır. Ona görə də kitabın ilk nəşri qısa müddət ərzində oxucular tərəfindən alınıb və ikinci nəşrinə ehtiyac yaranıb. İkinci dəfə kitab daha böyük tirajla nəşr edilib və oxuculara təqdim edilib.
Məhz buna görə də Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə kitabın müəllifi S.Məmmədov "Qızıl qələm"lə mükafatlandırılıb.
Qaynar.info