Xəbər lenti

Maştağa sakinindən 3 kilo marixuana tapıldı
Ölkə15:12 26.05.2016

Maştağa sakinindən 3 kilo marixuana tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maştağa qəsəbə sakinindən ümumilikdə 3,521 kq marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Canbaxış Babayevdən 5,60 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 515 qram marixuana aşkar edilərək götürülüb.

Qaynarinfo.az