Xəbər lenti

“Matrix Oasis”in keçmiş əməkdaşına hökm oxundu – Turizm dələduzluğu
Ölkə 13:17 16.03.2026

“Matrix Oasis”in keçmiş əməkdaşına hökm oxundu – Turizm dələduzluğu

Dələduzluqda təqsirləndirilən "Matrix Oasis” turizm şirkətinin keçmiş əməkdaşı Şəfiqə Fərzəliyevaya hökm oxunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şəfiqə Fərzəliyevaya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, Şəfiqə Fərzəliyev 10 nəfər vətəndaşa qarşı dələduzluq edib. Lakin o, məhkəmə zamanə özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. 

Şəfiqə Fərzəliyeva iş üzrə şahid qismində çıxış edən "Matrix Oasis” şirkətinin rəhbəri Nuridə Musayevanı ittiham edib. 

"Matrix Oasis” MMC 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Musayeva Nuridə Nəsir qızıdır. 

Seyid
--> -->