Xəbər lenti

“Mavi Bayraqlı çimərliklər” mövzusunda növbəti tədbir keçirilib (FOTO)
Ölkə12:35 19.09.2023

“Mavi Bayraqlı çimərliklər” mövzusunda növbəti tədbir keçirilib (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İnkişaf və Rifah Naminə” İctimai Birliyinin həyata keçirdiyi Mavi Xəzər sahilində "Mavi Bayraqlı çimərliklər” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində növbəti təqdimat tədbirləri keçirilib.
"İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Amil Məmmədov bildirib ki, "Mavi bayraq” kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir:
"İlk öncə 11 Avropa Birliyi ölkəsində, daha sonra 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələblərindən dolayı kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatına çevrilib. "Mavi bayraq” sertifikatı 4 meyar üzrə müəyyənləşir, suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması”. 
Çıxışçı qeyd edib ki, mavi bayraqlı çimərliklərdə lazımi sayda zibil qutusunun yerləşdirilməsi, tullantıların vaxtlı-vaxtında daşınması, ev heyvanlarının çimərliyə girişinin beynəlxalq qanunlara görə müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, yetərli sayda xilasedicilərin mövcudluğu, ətrafı çirkləndirə biləcək qəza risklərinə qarşı tədbirlərin vaxtında həyata keçirilməsi kimi vacib məsələlər əsas götürülür. 
İctimai Birlik sədrinin dediyinə görə, bu gün dünya miqyasında "Mavi bayraq” statuslu çimərlik zonaları əsasən Avropa və Şimali Amerika ölkələrinin ərazisindədir:
"Çimərlik turizmindən milyonlarla vəsait əldə edən qardaş Türkiyədə "Mavi bayraq” statuslu çimərlik zonalarının sayı ildən ilə artır. Məhz bunun nəticəsidir ki, 2015-ci ildən etibarən İspaniyadan sonra Türkiyə "Mavi bayraq” statuslu çimərlik zonalarının sayına görə dünyada ikinci yeri tutur. Azərbaycanda olan çimərliklərdən isə hələ heç biri "mavi bayraq” almayıb”. 
Çıxışının sonunda birlik rəhbəri əsasını qoyduqları "mavibayraq.net” saytının məhz yuxarıda qeyd edilən məqsədə xidmət etdiyini diqqətə çatdırıb: "Ölkəmizdə də mavi bayraqlı çimərliklər ideyasını təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "mavibayraq.net” saytını yaratdıq”. 
Rüfət Sultan