Xəbər lenti

Mayda 14 gün iş olmayacaq
Ölkə07:35 01.05.2021

Mayda 14 gün iş olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayda 14 gün qeyri-iş günü olacaq.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.
5 günlük iş həftəsində çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla may ayında bayramlarla əlaqədar 14 gün iş olmayacaq.